15-19 oktyabr tarixlərində Türkiyənin İzmir şəhərində öncə üz-üzə və daha sonra onlayn şəkildə böyük mütəfəkkir, milli mətbuatın banisi Həsən bəy Zərdabinin əziz xatirəsinə həsr edilmiş “Türk Dünyası Modernleşmesi lI. Türk Dünyasında Matbuat” Simpoziumu keçirilib.
Newscenter.az xəbər verir ki, simpoziumda həm moderator, həm də məruzəçi kimi çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, Dos., Dr. Faiq Ələkbərlnin “XlX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan Türk mətbuatında qadın yazarların yaradıcılıqlarında türkçülük ideyası” adlı məruzəsi simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.
O, məruzəsində Azərbaycan Türk qadın yazarlar olaraq Xədicə Əlibəyova, Şəfiqə Əfəndizadə, Hənifə Məlikova, Umgülsüm Sadıqzadə və başqalarının yaradıcılıqlarında türkçülük ideyasının mahiyyətini izah edib.
Süleyman