Rusiya prezidenti Vladimir Putin noyabrın 27-28-də Qazaxıstana dövlət səfəri edəcək.
Newscenter.az "Sputnik Qazaxəstan"a istinadən bildirir ki, Rusiya lideri Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasında iştirak edəcək.
Dövlət səfəri çərçivəsində Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparacaq. Danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.
Danışıqların yekunu olaraq dövlət başçılarının birgə bəyanatı, həmçinin bir sıra hökumətlərarası, idarələrarası və kommersiya sənədləri imzalanacaq.
Mehman Mehdiyev