"Azərbaycan Autizm Assosiasiyasında keçirdiyim müddət ərzində dəyərli təcrübələr qazandım və autizmli fərdlərə dəstək olmaq üçün çox vacib işlərin bir parçası oldum. Yalnız autizmli fərdlərə deyil, ümumiyyətlə həssas kateqoriyaya aid olan insanlara daha geniş töhfə vermək məqsədilə fəaliyyətimi başqa bir təşkilat çərçivəsində həyata keçirəcəyəm".
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Jalə Əhmədova səsləndirib. O bildirib ki, autizm sahəsi onun üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib və bu sahədə yeni yanaşmalar və layihələrlə cəmiyyətimizə daha çox fayda vermək niyyətindədir:
"Azərbaycan Autizm Assosiasiyasındakı komanda ilə yollarımız ayrılmasına baxmayaraq, bizi birləşdirən məqsəd – autizmli fərdlərin cəmiyyətə inteqrasiyası və onların hüquqlarının qorunması – dəyişməz olaraq qalır. Qarşıdakı dövrdə də yeni bir platformada bu sahəyə töhfə verməyə davam edəcəyəm. Gələcək işlərimin hər kəsə faydalı olmasını arzulayıram".
Süleyman