Qəzza zolağında soyuq hava şəraiti səbəbiylə donaraq ölən uşaqların sayı 7-yə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.
UNRWA-nın X hesabında edilən açıqlamada, Qəzzada 7700 körpənin həyatını xilas etmək üçün lazım olan qayğıdan məhrum olduğu da vurğulanır.
Açıqlamada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsrail ordusunun hücumlarını pislədiyi və Kemal Advan Xəstəxanasını xidmətdən kənarlaşdırdığı, sözügedən tibb müəssisəinə qarşı 50 hücum təşkil etdiyi əksini tapıb.
Mehman Mehdiyev