Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Zaman qazanmaq" İrəvan üçün vaxt itkisi deməkdir

"Zaman qazanmaq" İrəvan üçün vaxt itkisi deməkdir


"Sülh müqaviləsinin imzalanması ilə əlaqədar lüzumsuz bəyanatlar səsləndirmək - ön şərt irəli sürmək, prosesə üçüncü qüvvələrin daxil olması barədə danışmaq Ermənistana siyasi və iqtisadi itkilər bahasına başa gəlir. “İrəvan zaman qazanmağa çalışır” deyilir. Lakin bu "qazanc" mütləq itkiyə bərabərdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının mətbuat və informasiya şöbəsinin müdiri Nurlan Qələndərli səsləndirib.

O deyib ki, bu başqa sözlə desək "pirr qələbəsi"dir, olan-qalanı da tamamilə itirməkdir - iqtisadi tənəzzülün sürətlənməsi, geosiyasi təcridin və siyasi xaosun dərinləşməsidir:

"Bir sözlə, "zaman qazanmaq" İrəvan üçün vaxt itkisi deməkdir. Çünki regionda saatlar Bakı vaxtı ilə qurulur".

Süleyman
Xəbəri paylaş