Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Komunal ödənişlərdə kimlərə güzəşt ediləcək?

Komunal ödənişlərdə kimlərə güzəşt ediləcək?


Qazaxıstanda kommunal ödənişlərdə bir sıra kateqoriyadan olan şəxslərə güzəştlər tətbiq ediləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Baş nazirin müavini Kanat Bozumbayev məlumat verib.

O qeyd edib ki, sosial cəhətdən həssas qrupların müdafiəsinə xüsusi diqqət yetirilir:

"Burada köməyə ehtiyacı olan insanlar asanlıqla müəyyən edilir. Bu gün aydın məqsəd var, lakin hər bölgədə fərqlidir. Kommunal xərclərin məbləği ailənin gəlirinin 5-10 faizindən çox olarsa, yerli büdcədən yardım göstərilir. Əgər onlara respublika büdcəsindən vəsait ayrılması lazım gəlsə, biz buna da kömək edəcəyik”, - deyə Bozumbayev bildirib.

Onun sözlərinə görə, kommunal xərclərin ödənilməsinə yardım mənzil müavinəti kimi verilir.

Anar Əliyev
Xəbəri paylaş