
Vaşinqton ilə Kiyev arasında gərginlik getdikdə pik həddə çatır. Vəziyyət o həddə çatıb ki, okeanın o tayından Ukrayna prezidenti Volodimir Zelenski və amerikalı diplomatın mətbuata açıqlama verməsinə qadağa tələbi gəlib.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, Ukrayna prezidenti Zelenski ilə ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kelloq arasında Kiyevdə keçiriləcək mətbuat konfransı ABŞ tərəfinin tələbi ilə ləğv edilib.
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov da bunu təsdiq edib. O deyib ki, Kiyevdə Kelloqla keçirilməsi planlaşdırılan mətbuat konfransı ABŞ tərəfinin tələbi ilə ləğv olunub.
Anar Əliyev