Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dizel və benzin ixracına qoyulan qadağa uzadılır

Dizel və benzin ixracına qoyulan qadağa uzadılır



Qazaxıstandan benzinin ixracına daha 6 ay qadağa qoyulub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Belə ki, nazirlik “Qazaxıstan Respublikasının ərazisindən neft məhsullarının ixracının bəzi məsələləri haqqında” yeni əmr hazırlayıb.

Martın 29-dan tətbiq oluna biləcək qadağa təkcə xarici ölkələrə deyil, həm də Avrasiya İqtisadi İttifaqına üzvü olan ölkələrə (əvvəllər müqavilə bağlanmış həcmlər istisna olmaqla) şamil ediləcək.

Qərara əsasən, yanacaq və sürtkü yağları avtomobil yolu ilə ixrac edilə bilməz. Bu, yanacaq çənlərində ixraca şamil edilmir. Humanitar yardım çərçivəsində neft məhsullarının və elmi məqsədlər üçün nümunələrin ixracına isə icazə verilir. Qazaxıstan neft məhsullarının dəmir yolu ilə ixracı da qadağandır.

Qeyd edək ki, bu il yanvarın 29-da Qazaxıstan avtomobil və dəmir yolu ilə benzin və dizel yanacağının ixracını qadağan edib. Qazaxıstanın Energetika Nazirliyinin məlumatına görə, buna daxili bazarda yanacaq qıtlığı təhlükəsi səbəb olub.

Anar Əliyev
Xəbəri paylaş