
Özbəkitsanın paytaxtı Daşkənd şəhərində "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq baxış" mövzusunda panel müzakirəsi keçirilib və Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov tədbirə qatılıb.
Newscenter.az xəbər verir ki, R. Məmmədov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Tədbirdə türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, ümumi tarixi və mədəni irsin qorunub saxlanılması, eləcə də gələcəyə dair ortaq baxışlar müzakirə edilib", - o yazıb.
Tədbir Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi və Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.












































