Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fuad Hüseynzadə Belarus Yazıçılar Birliyinin sədri ilə görüşüb

Fuad Hüseynzadə Belarus Yazıçılar Birliyinin sədri ilə görüşüb


Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Belarusa səfəri çərçivəsində bu ölkənin Yazıçılar Birliyinin sədri, tanınmış yazıçı və ictimai xadim Aleksandr Nikolayeviç Karlyukeviçlə görüşüb.

Newscenter.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Belarus arasında ədəbi-mədəni əlaqələrin mövcud vəziyyəti, xalqlarımız arasında qarşılıqlı ədəbi və mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Fuad Hüseynzadə müəllifi olduğu “Böyük Qələbənin varisləri” (“Наследники Великой Победы”) kitabını Aleksandr Nikolayeviç Karlyukeviçə təqdim edib. Eyni zamanda, Azərbaycan-Belarus əlaqələrinin inkişafına, xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Aleksandr Nikolayeviç Karlyukeviçə təşəkkürnamə verilib.

Süleyman
Xəbəri paylaş