Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın xilaskarı

Azərbaycanın xilaskarı


"3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkiləri Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi oldu. Həmin vaxt ölkədə hökm sürən səriştəsiz idarəçilik, daxili xaos və torpaqların itirilməsi təhlükəsi fonunda xalq öz xilasını yalnız dahi Heydər Əliyevin rəhbərliyində görürdü. Ulu Öndər xalqın təkidli dəvəti ilə Bakıya gələrək böyük risklərə baxmayaraq Gəncə qiyamının qarşısını aldı, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Seçkilərdə qazanılan böyük qələbə müasir və qüdrətli Azərbaycan dövlətinin fundamental əsasını qoydu".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov deyib. O bildirib ki, 10 oktyabrda and içərək fəaliyyətə başlayan ümummilli lider Heydər Əliyev ölkədə hüquqi, demokratik və dünyəvi prinsiplərə əsaslanan strateji kursu elan etdi:

"İlk növbədə, qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik təmin olundu və nizami ordu quruculuğuna başlanıldı. Bu sabitlik ölkənin iqtisadi suverenliyinə və qlobal enerji-kommunikasiya layihələrinin gerçəkləşməsinə zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev həyatının sonunadək xalqına sədaqətlə xidmət edəcəyinə dair verdiyi vədə tam sadiq qaldı".

Millət vəkili qeyd edib ki, Heydər Əliyev, qlobal miqyasda qəbul olunan uzaqgörən siyasətçi və peşəkar dövlət xadimi idi:

"Onun qərarlarındakı qətiyyət, milli mənafelərə bağlılıq, beynəlxalq arenada apardığı tarazlı diplomatiya ona böyük nüfuz qazandırmışdı. Dahi rəhbər həmçinin universal biliyi, qeyri-adi yaddaşı, tükənməz səbri və heyranedici natiqlik məharəti ilə seçilirdi. Ömrünü tamamilə Azərbaycanın gələcək tərəqqisinə həsr edən Ümummilli Lider, öz xilaskarlıq missiyasını uğurla tamamlayaraq xalqın yaddaşında əbədi yer qazandı.Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin müdrik siyasi irsinə sadiq şəkildə ölkəmizi uğurlu inkişaf yoluna çıxarmışdır. Müstəqil və suveren Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan haqq yolundadır. Qürurla qeyd edə bilirik ki, bizim qədirbilən xalqımız firavan gələcəyə doğru uğurla addımlayır".

Süleyman
Xəbəri paylaş