
Qərbi Qazaxıstan bölgəsində qanunsuz taxıl daşıyanların yolu kəsilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, idxal olunan taxıl Mərkəzi və Cənubi Asiya ölkələrinə Qazaxıstanda istehsal olunan məhsul kimi ixrac edilib. Bu barədə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyinin məlumatında qeyd edilib.
Qazaxıstan ərazisindən ümumi dəyəri 11,2 milyard tenge olan təxminən 130 min ton taxıl ixrac edilib. Agentlik bildirib ki, çatdırılmalar Özbəkistan, Əfqanıstan və Tacikistana həyata keçirilib.
Sxemi həyata keçirmək üçün kommersiya təşkilatları saxta menecerlərin adına qeydiyyata alınıb. Daha sonra bu şirkətlərlə yerli təsərrüfatlar arasında taxılın alınması üçün saxta müqavilələr bağlanıb. Beləliklə, taxıla Qazaxıstanda istehsal olunan məhsul statusu verilib və daşınması zamanı güzəştli tarif tətbiq edilib.
Bundan əlavə, vergilərdən yayınmaq üçün şübhəlilər nəzarətlərində olan ixrac şirkətlərinin hesablarından əlaqəli təşkilatların hesablarına pul köçürüblər və sonra iflas iddiaları qaldırıblar.
Bu hərəkətlər dövlətə 1,2 milyard tenge məbləğində ziyan vurub. İş üzrə beş nəfər şübhəli şəxs kimi tanınıb. Hadisə ilə əlaqədar məhkəməyəqədərki istintaq başa çatıb.
Anar












































