Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Macarıstan arasında əlaqələrin müxtəlif istiqamətləri müzakirə edilib

Azərbaycanla Macarıstan arasında əlaqələrin müxtəlif istiqamətləri müzakirə edilib


Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Macarıstanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Yojef Roja ilə görüşüb.

Newscenter-az xəbər verir ki, bu barədə səfir özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Səfir bildirib ki, Yojef Roja ilə söhbət zamanı ölkələrimiz arasında münasibətlərin gündəliyi, Özbəkistanda diplomatik fəaliyyət və qarşılıqlı təmasların genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

"Söhbətimizdə Azərbaycan və Macarıstan arasında əməkdaşlığın müxtəlif istiqamətləri ilə yanaşı, regionda baş verən proseslər və diplomatik nümayəndəliklər arasında əlaqələrin inkişafı barədə də fikir mübadiləsi apardıq",- deyə səfir bildirib.

Süleyman
Xəbəri paylaş