
Göyçay rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb.
Newscenter.az Mediasiya Şurasına istinadən bildirir ki, Göyçay 2 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən olunaraq, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Göyçay 2 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilib.
Göyçay və Ucar rayonu üzrə vətəndaşlar 29 sentyabr 2026-cı ildən etibarən Göyçay 2 saylı mediasiya təşkilatına müraciət edə bilərlər. Göyçay mediasiya təşkilatına Akif Kərimov rəhbərlik edəcək. Təşkilat Göyçay şəhəri, Nizami küçəsi, ev 111 ünvanında yerləşir.
Süleyman











































