Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib


Azərbaycanda bu ilin ilk 9 ayında 1 meyitdən ürək transplantasiyası həyata keçirilib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən ürək transplantasiyası uğurlu olub.

2026-cı ilin sentyabrına qədər Azərbaycanda ümumilikdə 3 ürək transplantasiyası həyata keçirilib.

Xatırladaq ki, Azərbaycanda və ümumilikdə Qafqaz regionunda ilk dəfə meyit donordan ürək transplantasiyası 2025-ci il oktyabrın 31-də uğurla həyata keçirilib. Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə təşkilatçılığı ilə baş tutan bu tarixi əməliyyatda beyin ölümü reallaşmış donorun ürəyi 19 yaşlı gəncə köçürülüb.

Qeyd edək ki, bu gün Ümumdünya Ürək Günüdür.
Xəbəri paylaş