
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Cisco” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Müştəri Təcrübəsi istiqamətinin baş vitse-prezidenti və baş direktoru Adel Trombetta ilə görüşüb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkə hesabında məlumat verən nazir bildirib ki, görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və “Hökumət buludu”nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə edilib:
"Həmçinin birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, regional mərkəzin, o cümlədən “Cisco” akadamiyasının yaradılması imkanları və rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi apardıq".
Süleyman











































