
"Son günlər Türkiyənin bəzi media və sosial şəbəkələrində Azərbaycana qarşı xoşagəlməz mövqe nümayiş etdirən, qardaşlıq ruhuna xələl gətirən fikirlərə rast gəlməkdədyik. Bəzi şəxslər qəsdən bu məsələdən sui-istifadə edir, qardaş ölkələrin müttəfiqliyini sarsıtmağa çalışır. Türkiyə də çoxlu xalqlar və etniklər yaşayır və onlar hər zaman iki qardaşın arasını pozmağa cəhd edib, hesab edirəm ki, regionda baş verən indiki çox həssas dönəmlərdə belə tör-töküntülərin təbliğatına uymaq, səhvə yol vermək olmaz".
Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, bütün bunları rəsmi Ankara və Türkiyənin elm və siyasət adamları, aydınları qəbuledilməz hal və təxribat kimi qarşılayır:
"Azərbaycan dövlətini özünün ayrılmaz qardaşı hesab edərək kin-küdurət təşviq edənləri kəskin şəkildə qınayır. Azərbaycan və Türkiyə eyni qandır, bir qəlbdə döyünən eyni ürəkdir, qan və can bağlılığıdır. İki dövlətin varlığı eyni ruhlarındadır. Minillikər tarixi olan hər qayada, hər daşda qardaşların hopmuş izi, qanı vardır. Azərbaycan və Türkiyə bir ananın iki övladıdır".
Vaqif Abdullayev bildirib ki, hər bir azərbaycanlı Türkiyədə və dünyada yaşayan bütün türkləri özünün qardaşı hesab edir. Hər iki ölkə kədərini özünün kədəri, sevincini sevinci hesab edir:
"Türkiyə 44 günlük Vətən müharibəsinin hər saniyəsində, Qələbənin hər anında Azərbaycanın arxasında dayandı, mənəvi dəstək oldu, Zəfər Paradında qardaşının sevincini bir yaşadı. Qarabağda quruculuğun ilk addımlarını da Türkiyə Azərbaycanla birgə atdı və bu gün öz köməyini davam etdirir. Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə strtaeji müttəfqliyin sarsılmazlığını möhkəmləndirib və bu, dünyaya nümunədir. Şuşa qalasında, Gövhər Ağa Məscidində, Cıdır düzündə, Qarabağın hər uca zirvəsində Azərbaycan və Türkiyənin qoşa qanadı olan bayraqları ayrılmaz qardaşlığın simvolu kimi dalğalanır".
Onun sözlərinə görə, qardaş ölkədə fəlakətli zəlzələ baş verəndə ilk haraya çatan Azərbaycan oldu, gecə-gündüz qardaşına kömək etdi, Bakıdan saysız karvanlar yola salındı:
"Zəlzələdən sonra bərpa və tikintidə də Azərbaycan çiyin-çiyinə çalışdı, Kahramanmaraşda Azərbaycan Məhəlləsi bir qardaşlıq salnaməsidir. İki can qardaşı arasında heç kim nifaq sala bilməz. Prezident İlham Əliyevin bir müdrik deyimi var: “Türkiyənin uğuru Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq”.
Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl ANIM GÜNÜ ilə bağlı bir daha sarsılmaz qardaşlığın gücünə işasrə etdi: “Bir millət, iki dövlət” ruhunda çiyin-çiyinə dayanmaqda və ortaq gələcəyimizi birlikdə qurmaqda davam edəcəyik. XXI əsr Türk əsridir, Türkiyə-Azərbaycan sarsılmaz qardaşlığının simvoludur".
Süleyman











































