
2026-cı ilin yanvar-avqust aylarında Rusiya Özbəkistana təxminən 930 min ton aqrosənaye məhsulları tədarük edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, onların ümumi dəyəri 916 milyon dollara çatıb. Keçən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi həcm baxımından 46%, dəyər baxımından isə 36% artıb.
Səkkiz aylıq nəticə Rusiyadan Özbəkistana aqrosənaye məhsullarının tədarükü üçün həm həcm, həm də dəyər baxımından rekord olub.
Özbəkistan ən çox şəkər, soya unu, buğda, alkoholsuz içkilər və günəbaxan yağı alıb.
İxracın artımının əsas amillərindən biri şəkər olub. Onun tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 110,5 min ton, dəyəri isə 93,1 milyon dollar artıb.
Süleyman












































