Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana hücum Türkiyə-Azərbaycan qardaşlığına hücumdur

Azərbaycana hücum Türkiyə-Azərbaycan qardaşlığına hücumdur


"Azərbaycan-Ermənistan münaqişəsi zamanı baş verən hadisələr və Xocalıda mülki şəxslərin öldürülməsi unudulmamalıdır. Yaxın keçmişdə Azərbaycan əraziləri işğal edildikdə və Xocalıda mülki şəxslər qətlə yetirildikdə göstərilməyən, lakin indi Azərbaycanın artan gücü qarşısında göstərilən həssaslıq ikili standartdır. Dünən səssiz qalanlar nə üçün bu gün narahat olurlar"

Newscenter.az xəbər verir ki, bunları İSTAD prezidenti və TADEF-in mətbuat katibi Səfər Karakoyunlu son zamanlar Azərbaycana yönəlmiş tənqidlərlə bağlı fikirlərini bölüşərkən səsləndirib.

O dövrdə Ermənistan prezidenti Serj Sarkisyanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışlarını xatırladan Karakoyunlu, beynəlxalq ictimaiyyətin o dövrdəki fərqli reaksiyalarının bu gün də sorğu-sual edilməli olduğunu bildirib.

Türkiyə, Azərbaycan və Özbəkistanın keçirdiyi birgə hərbi təlimə toxunan İSTAD rəhbəri, hər bir dövlətin öz təhlükəsizlik və milli maraqlar anlayışına uyğun hərəkət etməsinin təbii olduğunu vurğulayıb:

“Hər bir ölkənin öz qanunları, öz təhlükəsizlik anlayışı və öz milli maraqları var. Azərbaycanın güclənməsi Türkiyə üçün türk dünyası ilə əlaqələrini və Orta Asiyaya strateji yolunu gücləndirmək baxımından da vacibdir”.

Karakoyunlu, Azərbaycana yönəlmiş tənqidlərə diqqət çəkərək bunları deyib:

“Azərbaycan güclənib inkişaf etdikcə, Türkiyə-Azərbaycan münasibətlərinə zərər verməyə yönəlmiş müzakirələr ön plana çıxır. Bu gün cəhd edilən qarayaxma kampaniyasının hədəfi yalnız Azərbaycan deyil. Hədəf Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıqdır”

Karakoyunlu, “Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq dünən qurulan bir münasibət deyil. Bu qardaşlıq tariximizin, mədəniyyətimizin və ortaq dəyərlərimizin məhsuludur. Türk milləti bu qardaşlığı qoruyacaq”,-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş