Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ersin Tatar Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Ersin Tatar Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb


Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar bəyanat yaylb.

Newscenter.az KKTC Prezidentinin rəsmi internet saytına istinadən xəbər verir ki, bəyanatda Xocalı faciəsinin bəşəriyyətin və insanlığın tarixində qara ləkə olduğu bildirilir.

O, qardaş Azərbaycan xalqının hiss etdiyi ağrı-acının Şimali Kipr türklərinin də qəlbində yaşadığını vurğulayıb: “33 il əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycandan olan 613 qardaş-bacımızı, o cümlədən qocalar, qadınlar və uşaqları vəhşicəsinə qətlə yetirib, mindən çoxu əsir götürülüb. Azərbaycan xalqının məruz qaldığı soyqırımından sonra qardaşlarımız tarixin yeni səhifəsini açdılar: 2020-ci ilin 44 günlük müharibəsi tarixi Qələbə ilə başa çatdı, Qarabağın, o cümlədən Xocalının və Şuşanın azad edilməsinə gətirib çıxardı”.

Ersin Tatar Xocalı soyqırımının ildönümündə Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. O, Azərbaycanla həmrəylik və birliyin davam edəcəyinə əminliyini bildirib.
Xəbəri paylaş