Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qatarın qarşısına qəfil çıxan yeniyetmə həyatını itirdi

Qatarın qarşısına qəfil çıxan yeniyetmə həyatını itirdi



Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.

Newscenter.az Azərbaycan Dəmir Yollarına istinadən bildirir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.

Hadisə aidiyyəti üzrə araşdırılır.

Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər.

Süleyman
Xəbəri paylaş