Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski tarix yazır

Zelenski tarix yazır


Bu görüşdə Zelenskinin nə qədər pressinq altında və gərgin olduğu açıq aydın görünür. Həm də, yad bir torpaqda olmağın da psixoloji tərəfləri var. Bu baxımdan Zelenskini qınayanlar bu faktorları nəzərə almalıdır. Uzaqdan dava asan gəlir. Amma, bütün basqılara baxmayaraq, Zelenskinin dirənişini alqışlayıram. O, bütün mənalarda haqlıdır. Bu gün Ukraynanın başına gələnlərdə təkcə Rusiyanın deyil, Qərbin və ABŞ-ın da həm hüquqi, həm də siyasi məsuliyyəti var. 1994-cü il Budapeşt Memorandumu ilə Ukraynanın nüvə silahından imtinasının qarşılığında Rusiya, ABŞ və İngiltərə ona təhlükəsizlik zəmanəti verib. Hətta, Fransa və Çin zəif də olsa təminatlar verib.

Rusiyanı başa düşdük. Dudayevin təəbirincə desək, "Rusiya ilə bağlanılan müqavilə su üstündə yazıya bənzər". Dünyada demokratiyanın, ədalətin, qanunun aliliyinin, beynəlxalq hüququn təminatçısı kimi çıxış edən ABŞ dövləti zəhmət çəkib öz imzasına sahib çıxmalıdır. Yoxsa, bu dünya nizamını pozan nəticələrə gətirib çıxaracaq və ABŞ-ın beynəlxalq aləmdəki imicini darmadağın edəcək. Necə ki, Trampın 40-ı çıxmamış prezidentliyində bu imic artıq kifayət qədər zədələnib. Bir şeyi də unutmayaq, bu gün ABŞ-ın Rusiya-Ukrayna müharibəsindəki mövqeyi təkcə Ukrayna üçün deyil, postsovet məkanı və Avropa üçün heç də yaxşı perspektivlər vəd etmir. Ona görə də, regionun bütün tərəqqipərvər dövlətləri Ukraynanın haqlı mübarizəsinə birmənalı olaraq dəstək verməlidir. Qəhrəman Ukrayna və onun lideri Zelenski həqiqətən tarix yazır.

Taliyət Əliyev, ADP-nin sədr müavini
Xəbəri paylaş