Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çay və qəhvə istehsalı azalıb

Çay və qəhvə istehsalı azalıb


Bu ilin yanvar ayında Qazaxıstanda 1,1 min ton emal olunmuş qəhvə və çay istehsal edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 9,2% azdır.

Qəhvə və çay xüsusilə Almatıda istehsal edilib. Bu göstərici 578 ton təşkil edib. Bu da bir il əvvəllə müqayisədə 4,1% çoxdur. Sonrakı yerlərdə Almatı vilayəti, Çimkent, Qaraqanda vilayəti və Astana qərarlaşıb.

Ötən on iki ayda ölkədə 17,3 min ton emal olunmuş çay və qəhvə istehsal edilib. Bu, əvvəlki illərlə müqayisədə azdır.

İdxalın həcmi 49,4 min ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3,1% azdır. Yanvar-dekabrın yekunlarına görə, daxili bazarda satışın həcmi əvvəlki illə müqayisədə 55 min ton, yəni 55 min ton azdır.

Ötən ilin yanvar-dekabr aylarında 80,2 milyon dollara 29 min ton çay idxal edilib. MDB ölkələrindən Qazaxıstana 3,8 min ton çay idxal edilib ki, bu da ötən illə müqayisədə 25,6% çoxdur. Əsas tədarükçü Rusiyadır və o, Qazaxıstana 3,7 min ton çayı 15,1 milyon dollara tədarük edib.

Mehman Mehdiyev
Xəbəri paylaş