Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Yunanıstan arasında ticarət 10 milyard dollara çatacaq

Türkiyə və Yunanıstan arasında ticarət 10 milyard dollara çatacaq


Türkiyə və Yunanıstan tivcarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib.

Newscenter.az Türkiyənin Ticarət Nazirliyinə istinadən bildirir ki, son zamanlar ticarət və turizm kimi bir çox sahədə əməkdaşlığı inkişaf etdirən Türkiyə və Yunanıstan arasında başladılan “pozitiv gündəm” prosesi səhiyyə, ətraf mühit, mədəniyyət və incəsənət, turizm, iqtisadiyyat və ticarət kimi bir çox sahədə əməkdaşlığı sürətləndirməyi qarşıya məqsəd qoyub.

İki ölkə arasında başlanan və ticarət əlaqələrini sürətləndirmək üçün nəzərdə tutulan “pozitiv gündəm” təşəbbüsünün qarşılıqlı səfərlər və əməkdaşlıq müqavilələri ilə daha da intensivləşəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Toplantısı üçün 2023-cü ilin sonunda Yunanıstana səfər etdi və 7 illik fasilədən sonra keçirilən bu toplantıda iki ölkə arasında xarici ticarət həcminin 10 milyard dollara çatdırılması hədəfi qoyuldu.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis isə 2024-cü ildə Türkiyəyə səfər edib və ticarət, səhiyyə və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Türkiyənin Yunanıstana ixracatı 2020-ci ildəki 1,8 milyard dollardan 2021-ci ildə 3,1 milyard dollara, 2022-ci ildə isə 3,3 milyard dollara yüksəlib.

Mehman Mehdiyev
Xəbəri paylaş