
Qazaxıstanın Taldıkorqan Şəhər Məhkəməsi “Jetısu” futbol klubunun direktoru Kalmuxamed Donsebayevə qarşı hökm çıxarıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, o, təlim-məşq toplanışı zamanı klubun futbolçularının qidalanması üçün ayrılmış 31,9 milyon tenge büdcə vəsaitini mənimsəməkdə təqsirli bilinib.
Donsebayev itkini tam ödəyib. Xəstəliyi nəzərə alınaraq 7 il müddətinə azadlığı məhdudlaşdırılıb. Ona ömürlük dövlət vəzifəsi və kvazi-dövlət sektoru vəzifələrində işləmək qadağan edilib.
Qeyd edək ki, bundan əvvəl D. M. İmankulov klubun vəsaitindən 5,5 milyon tenge mənimsəməkdə ittiham olunaraq 3,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Anar Əliyev