Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqdır-Naxçıvan qaz xəttinin istifadəyə verilməsi Muxtar Respublikanın sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək

İqdır-Naxçıvan qaz xəttinin istifadəyə verilməsi Muxtar Respublikanın sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək


"Azərbaycan və Türkiyə liderlərinin qarşılıqlı formatda həyata keçirdiyi hər bir səfər mühüm əhəmiyyət kəsb edir, dost-qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verir. Bu mənada ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Türkiyəyə etdiyi işgüzar səfər də xüsusi əhəmiyyət daşıyırdı"


Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, səfər çərçivəsində İqdır-Naxçıvan qaz xəttinin istifadəyə verilməsi iki dost-qardaş ölkə arasında enerji sektorunda əməkdaşlığın hər ötən gün yeni bir mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin yeni-yeni imkanlara yol açdığını sübuta yetirir:

"Sözügedən qaz xəttinin istifadəyə verilməsi Muxtar Respublikanın sosial-iqtisadi həyatında da müsbət təsir göstərəcək. İqdır-Naxçıvan qaz xətti ilə Azərbaycan qazının Türkiyədən keçməklə Naxçıvana çatdırılması bu bölgənin enerji təminatını gücləndirəcək. Qaz nəqli ilə paralel olaraq yeni-yeni müəssisələrin açılması, bu prosesin birbaşa iştirakçısı olan yerli qurumların formalaşması yeni-yeni iş yerlərinin açılması deməkdir. Təbii ki, bu da Muxtar Respublikanın sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək amillərdən olacaq".

Arzuman Muradlı onu da qeyd edib ki, Azərbaycan və Türkiyə arasında həyata keçirilən bu kimi layihələr öz növbəsində dostluq-qardaşlıq münasibətilərinin dərinləşməsinə də xidmət edir.

Süleyman
Xəbəri paylaş