Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraq-Türkiyə boru kəməri istifadəyə veriləcək

İraq-Türkiyə boru kəməri istifadəyə veriləcək


İraqla Türkiyəni birləşdirəcək boru kəməri təxminən 2 il ərzində istifadəyə veriləcək.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, bu barədə İraqın neft naziri Hayyan Əbdülqani məlumat verib.

İraq Neft Marketinq Şirkəti (SOMO) vasitəsilə Ceyhan limanından neft ixracının bərpa ediləcəyini deyən nazir bildirib ki, ilkin olaraq gündə 185 min bareldən başlayacaq ixracatın federal büdcədə nəzərdə tutulan tutuma çatana qədər mərhələli şəkildə artırılacaq.

Beləliklə, 25 mart 2023-cü ildə Bağdad və Ərbil administrasiyaları arasında yaranan fikir ayrılığı səbəbindən dayandırılan neft axınının təxminən 2 ildən sonra yenidən başlanması məsələsi gündəmə gəlib.

Anar Əliyev
Xəbəri paylaş