
Qazaxıstanda ölüm halları doğuma nisbətən artır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ötən il Qazaxıstanda 133,6 min nəfər ölüb ki, bu da əvvəlki illə müqayisədə 2,3% çoxdur.
Xüsusilə Almatıda çoxlu insan həlak olub. Burada 2023-cü il ərzində 12.000 adam ölüb. Növbəti sırada Qaraqanda, Türküstan, Almatı və Kostanay vilayətləri gəlir. Ulytau, Mangistau və Atırau vilayətlərində isə itkilər az olub.
Ölümlərin çoxu qan dövranı xəstəliklərindən olub. Ötən il 29,8 min nəfər bu xəstəlikdən dünyasını dəyişib. İkinci yerdə sinir sistemi xəstəlikləri gəlir.
Ötən il qlobal miqyasda 62,4 milyon insan həyatını itirib ki, bu da 2023-cü illə müqayisədə 1,2% çoxdur.
Anar Əliyev