Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Silahla təyyarəyə minmək istəyən şəxs saxlanılıb

Silahla təyyarəyə minmək istəyən şəxs saxlanılıb


Avstraliyadakı Avalon hava limanında texniki işçi qiyafəsində olan şəxs iri silahla Jetstar təyyarəsinə minməyə cəhd edib.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, pilot və bir sərnişinin müdaxiləsi ilə zərərsizləşdirilən şübhəli polis tərəfindən saxlanılıb.

Hadisədən sonra hava limanı təhlükəsizlik səbəbi ilə qeyri-müəyyən müddətə bağlanıb.

Hadisə zamanı təyyarədə olan sərnişinlərdən Kim MakLeod bildirib ki, təyyarəyə mindikdən az sonra kabinənin ön hissəsində hərəkət olub və sərnişinlər hadisəni qeydə almağa başlayıblar. Əvvəlcə təyyarəni qaçırma cəhdindən şübhələndiyini deyən McLeod, pilotun böyük silahla bir nəfərin təyyarəyə mindiyini bildirərək anons verdiyini deyib.

İddialara görə, şübhəli şəxs özünü texniki işçi kimi göstərərək təyyarəyə daxil olub.

Mehman Mehdiyev
Xəbəri paylaş