Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankaranın Gazi Universitetində Ana dili Tədris Mərkəzi yaradılır

Ankaranın Gazi Universitetində Ana dili Tədris Mərkəzi yaradılır


Azərbaycan Respublikasının Türkiyə səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankaranın Gazi Universitetində Ana dili Tədris Mərkəzi yaradılır.

Newscenter.az xəbər verir ki, adıçəkilən mərkəzə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bir sıra nəşrlər hədiyyə edilib.

Nəşrlər arasında Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi çərçivəsində dövlətimiz, tariximiz və mədəniyyətimiz haqqında kitablar, həmçinin türk dilinə tərcümə edilmiş Azərbaycan klassikləri də var.

Süleyman
Xəbəri paylaş