Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Newscenter.az-a verilən məlumata görə, martın 3-dən 9-nadək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 48 mina və 605 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 1365.3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Mehman Mehdiyev
Xəbəri paylaş