Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Türkiyə xarici və təhlükəsizlik siyasətini koodinasiya etməlidir

Azərbaycanla Türkiyə xarici və təhlükəsizlik siyasətini koodinasiya etməlidir


"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət toplantısından sonra verdiyi açıqlamalarda müxtəlif mövzularla yanaşı martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü və İğdır-Naxçıvan qaz kəmərinin əhəmiyyəti barədə fikirlərini bildirdi".

Newscenter.az-ın xəbərinə görə, bunu deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, layihə sayəsində Naxçıvanın təbii qaza olan tələbatının ən azı 30 il ərzində təmin olunacağını vurğulayan Ərdoğanın sonrakı cümləsinə də diqqət yetirmək lazım gəlir: “İlham Əliyevlə Ermənistanla sülh danışıqları və digər mühüm məsələləri müzakirə etdik”.

Politoloq deyib ki, Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları “Şuşa bəyannaməsinə” görə iki ölkə xarici və təhlükəsizlik siyasətini koodinasiya etməlidirlər:

"Bu baxımdan Rəcəb Tayyub Ərdoğanın “mühüm məsələlər” dediyi mövzular ABŞ Prezidenti Donald Trampın Rusiya ilə yaxınlaşma istəyinin Cənubi Qafqaza mümkün təsirlərindən tutmuş Rusiyanın regional siyasətinə qədər təfərrüatları əhatə edə bilər".

Anar Əliyev
Xəbəri paylaş