Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

31 ildən sonra tarixi qələbə

31 ildən sonra tarixi qələbə


Qazaxıstanlı para-biatlonçu Yerbol Xamitov “Almaz Qlobus” mükafatının qalibi olub,

Newscenter.az Qazaxıstanın Turizm və İdman Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu, 31 ildən sonra ilk tarixi qələbədir.

Qeyd edək ki, Qazaxıstanlı para-biatlonçu Yerbol Xamitov 2024-2025-ci illər mövsümünün sonunda ümumi Dünya Kuboku titulunu qazanan ilk Qazaxıstan idmançısı olub. Sonuncu dəfə Qazaxıstana “Brilyant Qlobus”u 1994-cü ildə xizəkçi Vladimir Smirnov gətirib.

Xatırladaq ki, İsveçin Torsbi şəhərində mövsümün yekun sprint yarışı baş tutub. Erbol bu yarışmada ikinci yeri tutub və mövsüm boyu qazandığı xallar sayəsində "Brilyant Qlobus"u qazanıb. Bu mövsüm Yerbol ümumilikdə 1005 xal toplayıb. O, həmçinin biatlon üzrə dünya çempionatında qızıl medal qazanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş