
"İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır. Bu barədə İsrail parlamentində ölkənin milli missiyalar naziri Orit Ştrak məlumat verib".
Newscenter.az-ın xəbərinə görə, politoloq Zeynal Əmrəliyev deyir ki, “Yerususəlim Post" Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub:
"İsraillə ABŞ əlaqələrinin möhkəmləndirilməsi bir neçə baxımdan önəmlidir. Əvvəla Donald Tramp hər zaman İsrailə qarşı xoş münasibəti ilə tanınan siyasətçi olub. Onun komanda üzvləri də bu əməkdaşlığın daha yüksək formada davam etdirilməsini dəstəkləyirlər. İsrail 2 - ci dünya müharibəsindən sonra Yaxın Şərqdə ABŞ əsas etibarlı tərəfdaşı olub. ABŞ - nin son zamanlarda dünya iqtisadiyyatında əsas söz sahibi olmaq üçün mübarizə apardığı Tramp dövründə zəngin sərvətlərə malik Yaxın Şərq və Cənubi Qafqaz bölgələri siyasətdən kənarda qala bilməz. Tramp admistirasiyasında hər nə qədər Ermənistana simpatiya bəsləyən qüvvələr olsa da onlar yaxşı başa düşürlər ki, bu regionda söz sahibi Azərbaycandır".
Politoloq deyib ki, İsrail üçün ortaq əməkdaşlığa Azərbaycanın daxili edilməsinin əhəmiyyəti böyükdür:
"Azərbaycanın ABŞ və İsrail üçün həssas ölkələr olan İran və Rusiyanın qonşuluğunda yerləşməsi də ölkəmizin əhəmiyyətini artırır. Bu əməkdaşlıq şübhəsiz ki, rəsmi Bakı üçün də mühüm müsbət nəticələrə səbəb olacaq. Azərbaycan bu əməkdaşlıqla dünyanın ən qüdrətli dövlətinin timsalında özünə yaxın müttəfiq qazanacaq. Eyni zamanda ölkəmizin müdafiə sahəsində qüdrəti artacaq".
Anar Əliyev