
"Cümhuriyyət Xalq Pariyasında (CHP) sədr dəyişsə də, lakin təəssüflər olsun ki, bu partiyanın faşist düşüncəsi dəyişməyib".
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bildirib ki, AKP ölkənin inkişafı, terror bəlasını yox etməyə çalışsa da, CHP dedi-qodu, ölkədə qarşıdurma, gərginlik yaratmaqla məşğuldur:
"Ana müxalifət partiyasının belə bir duruma düşməsindən üzgünöəm. Bizim anlayışımızda dövlətə, millətə xidmət var. Bu yolla da davam edəcəyik. Hər kəs buna əmin olsun".
Anar Əliyev