Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pekin hökuməti Vaşinqtonun dünya okeanında olan hegamoniyasın sonlandırmaqda israrlıdır

Pekin hökuməti Vaşinqtonun dünya okeanında olan hegamoniyasın sonlandırmaqda israrlıdır



"İqtisadi potensialının hərbi sahələrə transformasiyasını uğurla reallaşdıran Pekin hökuməti Vaşinqtonun dünya okeanında olan hegamoniyasın sonlandırmaqda israrlıdır".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki,
onların fəaliyyəti ABŞ-da diqqətlə izlənilir:

"Təsadüfi deyil ki, prezident Donald Tramp hərbi gəmi istehsalını artıracaqlarını bildirdi. Lakin, amerikalıların Çinin istehsal sürətini keçəcəyi inandırıcı deyil. Onlar bu sahədə lider ölkədir və bu liderlik Çin Xalq hərbi dəniz qüvvələrini artıq mavi su donanması olmasını şərtləndirib".

O qeyd edib ki, hazırsa Pekin üçün prioritet Tayvan məsələsidir:

"Hesab edirəm ki, hazırkı aktivlik məhz ada üzərində nəzarəti bərpa etməyə hesablanıb.
Ümumi konteksdə, Çin donanmasının istehsal və inkişaf tendensiyasını nəzərə alarsaq yaxın 15 ildə əsas rəqibi ABŞ- ı bu sahədə geridə qoyacaq".

Anar Əliyev
Xəbəri paylaş