Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası keçiriləcək

YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası keçiriləcək


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Fransaya dövlət səfəri çərçivəsində martın 12-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru Odri Azuleyi qəbul edib.

Newscenter.az Özbəkistan prezidentinin rəsmi saytına istinadən bildirir ki, görüş zamanı bu ilin payızında Səmərqənd şəhərində Təşkilatın Baş Konfransının 43-cü sessiyasının hazırlanması və keçirilməsinin praktiki aspektləri müzakirə edilib.

Qeyd edək ki, bu il Səmərqənd şəhərində 40 ildən sonra ilk dəfə YUNESKO-nun Parisdəki mənzil-qərargahından kənarda Baş Konfransın 43-cü sessiyası keçiriləcək. Komfrans təşkilatın 80 illiyinə təsadüf edəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş