
Avropa İttifaqı Mərkəzi Asiyaya xüsusi diqqət yetirir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Avropa İttifaqının beynəlxalq əməkdaşlıq üzrə komissarı Yozef Sikela Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündə deyib.
O bildirib ki, Mərkəzi Asiyanın beş ölkəsinə səfər etmək qərarına gəlib:
"Bu səfər əbəs yerə deyil. Bu, Avropa İttifaqının Qazaxıstan və regionun digər ölkələri ilə daha dərin və davamlı əlaqələr qurmaq niyyətini əyani şəkildə nümayiş etdirir".
Tokayev isə öz növbəsində bildirib ki, Qazaxıstan mühüm xarici iqtisadi və investisiya tərəfdaşı kimi Təşkilatla hərtərəfli strateji əməkdaşlığa üstünlük verir:
"Qazaxıstan Avropa İttifaqının Mərkəzi Asiyada əsas tərəfdaşı olaraq qalır. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çoxşaxəli qarşılıqlı fəaliyyətimizin dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır".
Mehman Mehdiyev