Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəfn mərasimləri ilə bağlı qanun qəbul ediləcək

Dəfn mərasimləri ilə bağlı qanun qəbul ediləcək


Qazaxıstanda dənf mərasimləri ilə bağlı qanun qəbul edilə bilər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə deputat Andrey Lukin deyib. O, qəbiristanlıqların özəlləşdirilməsinə qarşı çıxaraq deyib ki, Konstitusiyaya görə torpağın sahibi xalqdır:

"Torpaq Məcəlləsinə görə, qəbiristanlıqlar dəfn üçün xüsusi yer sayılır. Onu kommersiya məqsədləri üçün istifadə etmək qadağandır. Bir qəbir üçün ən azı 6 kvadratmetr yer ayrılıb.

Qanunla yerli hakimiyyət orqanları dəfn mərasimləri və məzarların saxlanması qaydalarını müəyyən edə bilər. Hazırda Astanada dəfn mərasiminin qiyməti respublikada ən aşağıdır. Amma özəlləşdirmədən sonra özəl şirkətlər qiymətləri qaldırmağa başlayır. Biz bunu hamımız yaxşı başa düşürük. Məsələn, COVID-19 pandemiyası zamanı özəl şirkətlər bir nəfərin dəfni üçün 1 milyon təngəyə qədər pul istəyirdilər. Dövlət strukturları isə sərfəli qiymətlər təklif edirdi".

Anar Əliyev
Xəbəri paylaş