Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Prezidenti Fəxri Legion ordeni ilə təltif edilib

Özbəkistan Prezidenti Fəxri Legion ordeni ilə təltif edilib


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə Fransa Respublikasının ali mükafatı olan “Şərəf Legionu” ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Newscenter.az Özbəkistan prezidentinin rəsmi saytına istinadən bildirir ki, yüksək mükafatı Şavkat Mirziyoyevə Fransa Prezidenti Emmanuel Makron təntənəli şəkildə təqdim edib.

Özbəkistan Prezidenti bu ordenlə Özbəkistan və Fransa arasında əməkdaşlığın inkişafına, iki ölkə xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi mühüm töhfəyə görə layiq görülüb.

Qeyd edək ki, Fəxri Legion ordeni 1802-ci ildə təsis edilib. Ordenin təltif edilməsi Fransada fərqlənmə, şərəf və xüsusi xidmətlərin rəsmi tanınmasının ən yüksək nişanıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş