Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni sürücülük vəsiqəsi alanlara sınaq müddəti tətbiq ediləcək

Yeni sürücülük vəsiqəsi alanlara sınaq müddəti tətbiq ediləcək


Yeni sürücülük vəsiqəsi alanlara sınaq müddəti tətbiq edilə bilıər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, belə bir təkliflə qazaxıstanlı deputat Marat Kojaev çıxış edib.

"Yol hərəkəti qaydalarını pozan sürücülərin əksəriyyətinin avtomobil idarə etmək üçün lazımi bilik və bacarıqları yoxdur. Bunun səbəbi sürücülük məktəblərinə nəzarət sistemində boşluq olmasıdır. Bu gün ölkəmizdə 374 sürücülük məktəbi fəaliyyət göstərir. Lakin onların fəaliyyətinə dövlət nəzarəti lazımi səviyyədə aparılmır. Bunun nəticəsidir ki, təlimlər formal şəkildə aparılır",-deyə deputat bildirib.

Deputatın sözlərinə görə, sürücülük vəsiqələrinin verilməsi proseduru da tez-tez pozulur:

"İxtisaslaşdırılmış dövlət xidmətləri mərkəzlərində imtahan vermək üçün lazım olan avadanlıqlar isə düzgün işləmir, bəzi yerlərdə isə yarış meydançaları yoxdur. Ona görə də sürücülük imtahanlarının verilməsi proseduruna yenidən baxılmasını və yeni sürücülər üçün sınaq müddətinin tətbiq edilməsini təklif edirəm".

Anar Əliyev
Xəbəri paylaş