Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazirlər Kabineti milli təhlükəsizliyə zidd olan 2 müraciətə baxmayıb

Nazirlər Kabineti milli təhlükəsizliyə zidd olan 2 müraciətə baxmayıb


"Ötən il deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olub",

Newscenter.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib. Əli Əsədov deyib ki, müraciətlərin 34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aid olub.

"Bunlardan 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilmiş və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulmuşdur. Digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir".

Baş nazir qeyd edib ki, müraciətlərdən ikisi milli təhlükəsizliyə zidd olduğu üçün onlara baxılmayıb.

Süleyman
Xəbəri paylaş