Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın Rusiyaya təzyiqləri arta bilər

Trampın Rusiyaya təzyiqləri arta bilər


"Əgər müharibə yenidən bərpa olunacaqsa, 1 aylıq atəşkəs razılaşmasının simvolik mahiyyət daşımaqdan başqa mənası yoxdur".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O qeyd edib ki, bu müddəti tərəflər sülh üçün deyil, yenidən qüvvələrini bərpa və yerdəyişmə etmək üçün istifadə edəcəklər:

"Odur ki, Ukraynanın buna ehtiyacı olsa da, Rusiyanın bu atəşkəsə gedəcəyi şübhə doğurur. Atəşkəs əslində daha böyük müddətə və danışıqlar fonunda olmalıdır. Rusiya da bunu istəyir".

Azər Qasımovun sözlərinə görə, Tramp sadəcə bu yolla ilkin addım atmaq istəyir ki, bu da gələcək danışıqlar üçün əsas olsun:

"Ancaq danışıqlar alınmasa müharibənin yenidən başlaması daha dağıdıcı olacaq. Çünki tərəflər danışıqların nəticəsinin perspektivini şübhə altına alacaq. Ona görə də danışıqlar mühiti təzyiq altında deyil, tərəflərin səmimi istəyi ilə olmalıdır ki, bu da hələlik mümkün görünmür".

Azər Qasımov hesab edir ki, Trampın Rusiyaya təzyiqləri arta bilər:

"Bu da öz növbəsində Rusiyanın danışıqlardan uzaqlaşmasına gətirib çıxaracaq. Bu zaman Trampın vasitəçiliyinə olan ümidlər də itəcək. Belə halda müharibə daha da uzanacaq. Hesab edirəm ki, indiki məqamda Rusiya deyilən şərtlərin daha da sülhə nail olmaq üçün duruma gətirilməsinə çalışacaq. Çünki Rusiyanın bu məqamda əli daha güclüdür".

Süleyman
Xəbəri paylaş