Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentinin qətnaməsi siyasi mənəviyyatsızlıqdır

Avropa Parlamentinin qətnaməsi siyasi mənəviyyatsızlıqdır


"Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşdiyi zamanda Avropa Parlamentinin qəbul etdiyi əsassız və manipuliativ qətnamə ikili standartlar nümunəsi olmaqla yanaşı, siyasi mənəviyyatsızlıqdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, uzun illər işğal faktorunu ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edən avropalılar, indi daha cılız və perspektivsiz yollara əl atırlar:

"Araik Arutyunyan, Bako Saakyan, David Babayan, Ruben Vardanyan, Arkadi Quksayan və Levon Mnatsakanyan siyasi məhbus deyil. Onlar Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradan, etnik təmizləmələr həyata keçirən, terror aktları törədən cinayətkarlardır. Digər tərəfdən bu şəxslərin kapitulyasiya aktından sonra da öz işğalçı əməllərinə davam etməsi Avropa Parlamentinin iddilarını əsassızlaşdıran məqamlardan biridir".

Pərviz Mirizadə deyib ki, Azərbaycan Vətən Müharibəsindən sonra fəal şəkildə qarayaxma kampaniyasına məruz qalır:

"Qəbul etmədikləri məqam isə tarixi qələbəmizdir. 44 günlük Vətən Savaşı Azərbaycanın zəfəri ilə yanaşı, ədalətsizlik, haqsızlıq və bütün işğalçı niyyətlər üzərində obrazlı şəkildə ifadə edərsək qazanılan əvəzsiz bir uğurdur. Mahiyyət etibarilə, baş verənlər bütün dünyaya Avropa Parlamentinin əsl simasını nümayiş etdirir. Onlar obyektivliyini və tərəfsizliyini artıq çoxdan itirib".

Süleyman
Xəbəri paylaş