
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Balakən şəhər möminləri, eləcə də Qaysa kənd sakiləri üçün iftar süfrəsi təşkil edib.

Newscenter.az-ın xəbərinə görə, Qaysa kənd sakini Rəşad Qaysayev dövlət başçısının dindarlara, insanlara dinini azad yaşamağa, yaşatmağa yaratdığı şəraitə görə kənd sakinləri adından cənab Prezidentə, həmçinin iftar süfrəsinə görə Nəsib Məhəməliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, Milli Məclisin deputatı Nəsib Məhəməliyevmartın 15-də vətəndaş qəbulu keçirərək, qəbula gələn seçicilərin qaldırdıqları məsələlərin həlli mümkün olanlarını yerindəcə həll edib, bəzi məsələlərin həllinə yardımçı olmaq üçün köməkçisinə tapşırıb.

Həmçinin, Xalatala kəndindən keçən Mazımçay üzərindəki körpünün bərpası üçün maddi dəstək olub.

Süleyman