
Qazaxıstan nüvə enerjisi sahəsində Çinlə əməkdaşlıq etmək niyyətindədir.
Newscenter.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çin Milli Nüvə Korporasiyasının (CNNC) rəhbəri ilə görüşdə deyib.
Qazaxıstan prezidenti ilə sözügedən şirkətinin baş direktoru Şen Yanfenqi arasında baş tutan görüşdə nüvə enerjisi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Kasım-Jomart Tokayev Shen Yanfeng-ə Qazaxıstanın bu sənayenin inkişafı planını təqdim edib və diqqəti Nüvə Enerjisi Agentliyinin yaradılması ilə bağlı son mühüm qərara yönəldib Bildirilib ki, bu, milli iqtisadiyyatın qarşısında duran strateji vəzifənin sistemli şəkildə həyata keçirilməsini nəzərdə tutur.
Söhbət zamanı atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə qabaqcıl texnologiyaların öyrənilməsi və qazaxıstanlı mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Mehman Mehdiyev