Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal dəyişikliklər və Azərbaycanın diplomatik uğurları

Qlobal dəyişikliklər və Azərbaycanın diplomatik uğurları



"Prezident İlham Əliyevin “Euronews” kanalına verdiyi son müsahibə həm region, həm də beynəlxalq aləm üçün bir sıra önəmli mesajlarla yadda qaldı".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Anar Məmmədov deyib. Onun sözlərinə görə, bu müsahibə təkcə ölkənin siyasi kursunu izah etməklə kifayətlənməyib, həm də Azərbaycanın yeni dünya düzənində tutduğu mövqeyi, özünəinamını və qlobal tendensiyalara qarşı sərgilədiyi müstəqil yanaşmanı ortaya qoydu:

"Müsahibədən çıxarılan əsas qənaət ondan ibarətdir ki, Azərbaycan mövcud qeyri-müəyyən və dəyişkən beynəlxalq sistemdə özünəməxsus yol seçib. Bu yol – daxili gücə, milli maraqlara və tarixi ədalətə söykənən bir siyasətdir. Dövlət başçısının Forum barədə dedikləri isə Azərbaycanın yalnız regionda deyil, beynəlxalq səviyyədə də ideya və təşəbbüslərlə çıxış edən ölkə kimi mövqeyini gücləndirdiyini sübut edir".

Anar Əliyev
Xəbəri paylaş