Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq deputata qarşı cinayət işi açılıb

Sabiq deputata qarşı cinayət işi açılıb


Qazaxıstanın sabiq deputatı Jomart Amoyev cinayət məsuliyyətinə cəlb olunub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Maliyyə monitorinqi Agentliyi məlumat yayıb. Agentlik xəbər verir ki, Almatı vilayətinin Karasay rayon məclisinin keçmiş deputatına qarşı istintaq başladılıb.
O, külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinir.

Şübhəli şəxs dövlətdən subsidiya almaq üçün Almatı vilayətinin Kənd Təsərrüfatı Departamentinə 947 milyon təngəyə “Naqrada” kateqoriyasına aid moruq tinglərinin alınması üçün saxta sənədlər təqdim edib.

O, 474 milyon tenge kimi göstərilən məbləğin 50%-i məbləğində qeyri-qanuni subsidiya alıb. Bu gəlirlərin yuyulması üçün şübhəli şəxs tinglərin qablaşdırılması, yüklənməsi və boşaldılması üzrə işlərin görülməsi üçün 21 fərdi sahibkarla saxta müqavilələr əsasında çoxsəviyyəli sxem hazırlayıb, lakin reallıqda bu işlərin görülmədiyini bildiriblər.

Saxta müqavilələr və ödəniş sənədləri əsasında 431 milyon tenge nağd pul alınıb.

Bundan əlavə, oğurlanmış vəsaitləri qanuni dövriyyəyə gətirmək üçün o, həyat yoldaşının tapşırığı ilə qiymətli kağızlarla əməliyyatlar apararaq, əlavə olaraq 89 milyon tenge cinayət mənfəəti əldə edib.

Cinayət yolu ilə əldə etdiyi gəlirlə o, Almatıda iki otaqlı mənzil və “Toyota Highlander” markalı avtomobil alıb.


Mehman Mehdiyev
Xəbəri paylaş