
USAID-in Qazaxıstandakı fəaliyyətinin təhlili aparılır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu baş nazirin müavini Serik Jumanqarin deyib.
"Xüsusilə, USAID-in ölkə strategiyaları və onun digər təşkilatlarla, o cümlədən hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələri, onların USAİD-in məqsədlərinə potensial təsirini qiymətləndirmək üçün araşdırılacaq", - deyə Jumanqarin deyib.
Bundan əlavə, onun fikrincə, mümkün gizlədilmə sxemlərini, vəsaitlərin istifadəsində uyğunsuzluqları, maraqların toqquşmasını müəyyən etmək üçün maliyyə axınlarını təhlil etmək lazımdır.
Anar Əliyev