Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndoneziyada 6 bal gücündə zəlzələ baş verib

İndoneziyada 6 bal gücündə zəlzələ baş verib


İndoneziyada 6 bal gücündə zəlzələ baş verib.

Newscenter.az ABŞ Geoloji Xidmətinə (USGS) istinadən bildirir ki, yeraltı təkanlar İndoneziyanın Seram adasının şimal-qərb sahillərində qeydə alınıb.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Can və mal itkisi yoxdur. Zəlzələdən sonra sunami xəbərdarlığı da edilməyib.

Ümumilikdə 130 aktiv vulkanı olan İndoneziya Sakit Okeanın Atəş Halqasında yerləşir və dünyanın seysmik cəhətdən ən aktiv ölkələri sırasındadır.

Anar Əliyev
Xəbəri paylaş